Sava ŞAHSEVENLERİ

Sava ŞAHSEVENLERİNİ TANIYAQ

Cuma, Haziran 24, 2005

Xayyam Steryosu

İllərdən bəri Qumda Şahsevən Aşıqlarının sazını, sözünü, səsini yayan Xəyyam Steryosundan bir niçə CD əlimə geçdi. CDlerin biri Şahsevənlərin Yarcanlı oymağından qalxan Aşıq Təqi Mühitdəndi. Biz Almanyada yaşayan Yarcanlılar Xəyyam Steryosunun əməklərini çox yüksək dəyərləndirer, Tarıdan başı ucalıq dilerik. Gələcəkdə Xəyyam Steryosu, onun işləri, aşıqlarını daha da şox tanıtdırmaq isterik. İndilik Adresnən telefon Nr.lərini dildaşlarımız üçün yazeriq:
Xəyyam Steryosu
Qum
Səidi meydanı
Tel: 0098 251 6608060
0098 251 6637551
Ceb:09121514184

Çarşamba, Haziran 15, 2005

Şair Şesevenoğlundan bir şer

Şair Şahsevənoğlunun Yarcanlıya yorum (3 comments) göndərdiyi şer:


Yetər zülüm! Yetər zülüm!


Mən bir Şahsevənəm!
Bircə Tək bir Şah sevmişəm:
Şah İSMAYIL:
Şahlar Şahı
Dağlar Şahı...
qızıl, Qızılbaşlar Şahı
Türklər Şahı...
Mən bir Qızılbaş insanı
Tanrım dağım
Türkdür Sazım
Sözdür Sözüm
Tanrım Sözüm
Sözüm Türküm
Türkdür Tanrım...

Mən bir Qızılbaş insanı
Mərdlikbilməz əcəm tülküdən usandım
Türk İgidlər Qızıl başını qaldırsın
Haray salsın
Fars kökünü dibdən qazsın!
Mərdsizliyi boğsun atsın!
Yetər zülüm! Yetər zülüm!
Şahsevənoğlu

Pazartesi, Haziran 06, 2005

Sava Şahseven Türklerinden Bayatılar

Sava Şəsəvən Türklərindən Fal Byatıları
Şəsəvənlərin bu bayatı falı təkcə qadınlar tərəfindən açıla bilər. Bu fal çeşidi hamısal (kolektiv) bir biçimdə olar. Yaşlı bir ağbirçəgin dörəsinə oturanların biri istədigi bir bayatının birinci bəndini oxuyar. Ağbirçək qərnə hər oxunulan bəndə, ətəgində gizlətdigi təsbi muncuqlarıynan sayar. 41.ci bayatının birinci bəndi falın yaxçı, orta, qulay, pis olmasını görsədər. 41.ci bayatının birinci bəndi oxunduqdan sura, fal açan qərnə bayatının ardını oxuyub, yaxçı, pis, qulay, orta olduğunu diyər.
Bu 41 bayatını 1993 ilində Bələşli tayfasından Zübeydə Xudayarlı Kölndə oxumuş, Bayquş dərgisinin birinci sayısında yayılmışdı.
Kim Ərəb ABCyiynən oxumaq ister, http://merkezi-az.blogspot.com/ da oxuya bilər.
Vali Gözətən
1 (yaxçı)

Şirazın boz dağları
Tutubdu toz dağları
Molam qanad verseydi
Aşardım tez dağları

2 (qulay)
Qarşıda qoç yatıbdı
Qoç buynuzu çatıbdı
Heyif qoç əməginə
Qurru yerdə yatıbdı
3 (yaxçı)
Qaraqandan qar göndər
Ağ dəsmala sar göndər
Müşgil işim düşübdü
İmamlardan car göndər
4 (yaxçı)
Ağ at biçində gəzər
Buxav qiçində gəzər
Qurban olum qardaşa
Xanlar içində gəzər
5 (yaxçı)
Əli əlidən mədəd
Molam Əlidən mədəd
Xalxa bəydən paşadan
Bizə Əlidən mədəd
6 (yaxçı)
Dağdan gəler dağ kimi
Hevkirer allah kimi
Əyiler su içməgə
Bağırer oğlaq kimi
7 (yaxçı)
Bu bazar uzun bazar
İçində bir qiz gəzər
Əlində qələm davad
Dərdimə dərman yazar
8 (yaxçı)
Saqqız ağacı haça
Əlim dulaşdı saça
Bir mərd oğlan isterem
məni götürə qaça
9 (qulay)
Bu kəklik naşı kəklik
qanadın qaşı kəklik
Altına su düşübdü
Balasın daşı kəklik
10 (yaxçı)
Həsəniyəm həsəni
Tarım saxlasın səni
Xəstə göyül nar istər
mənim göynüm ha səni
11 (yaxçı)
Baba naçar ağlama
Gündü giçər ağlama
Qapını bağlayan baba
Bir gün açar ağlama
12 (qulay)
Çubuğu çaldım duvara
Elçi göndərdim yara
Nəhlət gəlsin bu yara
Elçimə cavab oldu
13 (yaxçı)
O yandan Əli gəler
Əli divəli gəler
Qardaşım şah nükəri
Sağlıq xəbəri gəler
14 (yaxçı)
Qapıdan biri gəldi
Tarının nuru gəldi
Bu arxı kim pəklədi
Su bilə duru gəldi
15 (yaxçı)
Həsən Hüseyn arxları
Buy tutub qırnaxları
Sən ol səlbi ağacı
mən olum budaxları
16 (yaxçı)
Saqqız ağacı ları
dibində qalı sarı
Hər bir yana getsəm də
qibləmdi sənə sarı
17 (qulay)
Qoz ağacı quruldu
Dibində su duruldu
Hamının yarı gəldi
mənim boynum buruldu
18 (orta)
Bu dağlar Gənə dağlar
Çixaydım sənə dağlar
Molam qanad verseydi
Aşardım səni dağlar
19 (orta)
Qaralar var ağlar var
Ağ sinəmdə dağlar var
Qoy gülə göynü şadlar
Biz gülməli çağlar var
20 (orta)
Bu dağlar bəlgəli dağlar
Dibi kölgəli dağlar
Oturdam yol gözlərəm
haçaq el gəli dağlar
21 (pis)
Bu dağlar başı qardı
Mənim işim ahızardı
Şirin laylay çalan yoxdu
Yar yanından gələn yoxdu
22 (qulay)
Zula tikən
Verib qolqola tikən
Bilməm hardan gələrəy
Gözüm o yola tikəm
23 (pis)
Bir çay geçdim daşı yox
Bir atr mindim başı yox
Heyif olsun dədəmə
Yanında qardaşı yox
24 (yaxçı)
Qoz ağacı döyləm mən
Hər gələnə əyiləm
Əyil üzüydən öpüm
Mən özgəsi döyülem
25 (orta)
Qıt at nalın qurbanı
Xətti xalın qurbanı
Məni yetir qardaşa
Dırnaqların qurbanı
26 (orta)
Qızıl gülü dərərlə
Dəsdə dəsdə sərərlə
xoş o qizin halına
sevdiginə virərlə
27 (orta)
Dağların göy çiməni
Güyərer göy çiməni
Ya gəzərəm taparam
Ya vurar avçı məni
28 (qulay)
Baba mənəm baba mən
Bir don geydim qaba mən
Yıxdım özüm öz yevim
İləmədim toba mən
29 (pis)
Burdan bir maya geçdi
Çalxandı çaya geçdi
Ət tökdü sümük qırdı
Əməgi zaya geçdi
30 (yaxcı)
Damdamadı damımız
Quşadı eyvanımız
Sən ordan çıx mən burdan
Kör olsun düşmənimiz
31 (yaxçı)
Damdan dama gəlmişəm
Yer salmağa gəlmişəm
Mən oğlanın bacısı
Qız almağa gəlmişəm
32 (yaxçı)
Ağac atdım ağaca
Bir quş tutdum balaca
Qardaş adaxlıy gördüm
Qaşı gözü qaraca
33 (yaxçı)
Ay getdi batan yirə
Məlik top atan yirə
Əmiqızı qurban olsun
Əmioğlu yatan yirə
34 (pis)
Bağçalar dolu bardı
Heyvalar dolu nardı
Mən səndən ayrılalı
İşim Ahınan zardı
35 (qulay)
Çıxdım bu yola bugün
Tapdım bir ala düyün
Səniynən giçən günüm
Saldım yar yada bugün
36 (orta)
Saqqız ağacı suda
Birin çək birin buda
Çəkək bu bəndə qəhrin
Mətləb virə bu xuda
37 (yaxçı)
Ağ at kişnədi gəldi
Gəmin dişlədi gəldi
Qurban olum qardaşa
Toyun başladı gəldi
38 (pis)
İncəcə yol qırnağı
Nəzikcə baş tarağı
Getdi gözüm çırağı
Daha görünməz oldu
39 (pis)
Ağ tavuq uçdu getdi
Qanadı düşdü getdi
Kör olsun əmiqizi
Əmioğlu köçdü getdi
40 (pis)
Kəklik yal quzayında
Səkər yal quzayında
Gün gidər kölgə gələr
qaldım qar quzayında
41 (orta)
Qoz ağacı qurmaqdı
Qozu barmaq barmaqdı
Mənim bu dəli göynüm
Yara ha yalvarmaqdı